ABŞ-da bir gündə 1399 nəfər koronavirusdan öldü

ABŞ-da bir gündə 1399 nəfər koronavirusdan öldü
  06 Avqust 2020    Oxunub:2467
ABŞ-da son sutkada 52 810 nəfər yeni növ koronavirusa yoluxub.
Azvision.az xəbər verir ki, bu barədə Con Hopkins Universiteti məlumat yayıb.

Bildirilib ki, bir gündə infeksiyaya yoluxmuş 1399 nəfər vəfat edib.

Ümumilikdə ABŞ-da indiyədək 4 823 892 yoluxma halı aşkarlanıb, 158 mindən çox insan pandemiyanın qurbanı olub, 1,5 milyondan çox xəstə sağalıb.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: ABŞ   Koronavirus  





Xəbər lenti