Deputat: “Bəs bizə niyə vəsait ayrılmır?”

      Deputat:    “Bəs bizə niyə vəsait ayrılmır?”
  06 Avqust 2020    Oxunub:2742
“Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sanatoriyalarında, istirahət mərkəzlərində bizim qaçqın və məcburi köçkün bacı-qardaşlarımız uzun illər yaşayır. Onlar gedəndə də oranı söküb yerli-dibli aparırlar. Pəncərələri, döşəmələri sökürlər”.
Azvision.az xəbər verir ki, bunu Milli Məclisin deputatı, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) Səttar Möhbalıyev parlamentin bu gün keçirilən plenar iclasında deyib.

Deputat bildirib ki, dövlət tərəfindən AHİK-ə bir manat vəsait ayrılmır: “Mən bir də bu məsələni qaldırıb Maliyyə Nazirliyinə təklif göndərdim ki, uzun illərdir bu şəxslər AHİK-in sanatoriyalarında yaşayıblar. Bəs bizə niyə vəsait ayrılmır? Biz vəsait tələb edəndə deyirlər ki, qeyri-dövlət təşkilatısan. Yaxşı, biz qeyri-dövlət təşkilatıyıq, bizə güzəştli kreditlər verilsin ki, sanatoriyaları bərpa edək. Hesab edirəm ki, bu məsələyə baxılmalıdır”.

Anar Kəlbiyev
Azvision.az



Teqlər: Milli-Məclis  





Xəbər lenti