Lukaşenko Rusiya və Ukraynanın baş prokurorlarını Minskə çağırdı

Lukaşenko Rusiya və Ukraynanın baş prokurorlarını Minskə çağırdı
  06 Avqust 2020    Oxunub:3031
Belarus Prezidenti Aleksandr Lukaşenko Rusiya və Ukraynanın baş prokurorlarını Minsk yaxınlığında saxlanılan şəxslərlə bağlı məsələnin araşdırılması üçün ölkəsinə dəvət edib.
Azvision.az “BelTa”ya istinadən xəbər verir ki, Belarus lideri seçki kampaniyasının təhlükəsizliyinin təmin olunmasına dair iclasda belə bir açıqlama verib.

“Lukaşenka Rusiya və Ukraynanın baş prokurorlarını Belarusa dəvət etmək barədə göstəriş verib”, - məlumatda deyilir.

Xatırladaq ki, iyulun 29-da Minsk yaxınlığında 30-dan çox rusiyalı tutulub. Belarus tərəfi onların ölkədə seçki kampaniyası dövründə vəziyyəti gərginləşdirməyi planlaşdıran Rusiyanın özəl hərbi şirkəti "Vaqner" in döyüşçüləri olduğunu bəyan edib.

Öz növbəsində rəsmi Moskva bunu təkzib edərək, həmin şəxslərin Belarus vasitəsilə Türkiyəyə tranzitlə getdiklərini, lakin təyyarəyə gecikdikləri üçün Minskə yerləşdiklərini açıqlayıb. Qeyd olunub ki, vətəndaşlarının bütün lazımi sənədləri, o cümlədən aviabiletləri var.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Rusiya  





Xəbər lenti