“Beyrutda nə baş verdiyini heç kim bilmir” - Tramp

 “Beyrutda nə baş verdiyini heç kim bilmir” -  Tramp
  06 Avqust 2020    Oxunub:2367
ABŞ Prezidenti Donald Tramp Beyrutdakı güclü partlayışın hücum aktı olub-olmadığını hazırda heç kimin bilmədiyini deyib.
Azvision.az xəbər verir ki, bu barədə Ağ Evin rəhbəri mətbuat konfransında bildirib.

“Düşünmürəm ki, indi Beyrutda nə baş verdiyini kimsə söyləyə bilsin. Biz bunu hərtərəfli araşdırırıq. Bəziləri bunun hücum olduğunu hesab edir, bəziləri yox”, - deyə Tramp əlavə edib.

O, baş verənləri dəhşətli hadisə adlandırıb və ABŞ-ın Livanı dəstəklədiyini, bu ölkə ilə çox yaxşı münasibətləri olduğunu vurğulayıb.

Daha əvvəl Tramp Beyrutdakı güclü partlayışı "bomba" partlaması ilə əlaqələndirmişdi.

Xatırladaq ki, avqustun 4-də Beyrut şəhərindəki limanda güclü partlayış baş verib. Livanın Baş Naziri Həsən Diab partlayışa 2750 ton ammonium nitratının düzgün saxlanılmamasının səbəb olduğunu söyləyib. Hadisə nəticəsində şəhərə ciddi ziyan dəyib.

Son məlumata görə, 135 nəfər ölüb, 4 mindən çox yaralı var.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: ABŞ   Tramp   Beyrut  





Xəbər lenti