Ermənistanda etiraz aksiyası - Saxlanılanlar var

 Ermənistanda etiraz aksiyası -  Saxlanılanlar var
  06 Avqust 2020    Oxunub:2206
Ermənistanın Amulsar bölgəsində etiraz aksiyası keçirilib.
Azvision.az xəbər verir ki, aksiya zamanı polislə iştirakçılar arasında toqquşmalar olub.

Dinc nümayişçiləri dağıtmaq üçün əraziyə çoxlu sayda polis əməkdaşları cəlb olunub. Sakinlər aksiyanı davam etdirəcəklərini bildiriblər.

Məlumata görə, polis 14 etirazçını saxlayıb.

Xatırladaq ki, aksiya iştirakçıları "Amulsar" yatağının istismara verilməsinə qarşıdırlar. Onlar yatağ istismara verilərsə, hakimiyyəti ölkəboyu etirazlarla hədələyiblər.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Amulsar   Aksiya  





Xəbər lenti