Qırğızıstan-Tacikistan sərhədində silahlı insident

Qırğızıstan-Tacikistan sərhədində silahlı insident
  06 Avqust 2020    Oxunub:1829
Qırğızıstan Dövlət Sərhəd Mühafizə Xidmətinin hərbçisi Tacikistan tərəfdən açılan atəş nəticəsində yaralanıb.
Azvision.az xəbər verir ki, bu barədə "İnterfaks" məlumat yayıb.

Bildirilir ki, naməlum şəxs tərəfindən sərhəd gözətçisinə ov tufəngindən atəş açılıb. Qırğızıstan Dövlət Sərhəd Xdmətindən verilən məlumata görə, hərbçi əlindən yaralanıb, ona tibbi yardım göstərilib, zərərçəkmiş şəxsin vəziyyəti qənaətbəxş qiymətləndirilir.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: Qırğızıstan   Tacikistan  





Xəbər lenti