ABŞ-ın hərbi bazası raket atəşinə tutulub

ABŞ-ın hərbi bazası raket atəşinə tutulub
  06 Avqust 2020    Oxunub:1727
Suriyanın şimal-şərqində yerləşən Haseke əyalətindəki ABŞ hərbi bazası raket atəşinə tutulub.
Azvision.az xəbər verir ki, bu barədə Suriyanın “Al-Vatan” nəşri məlumat yayıb.

Qeyd edilib ki, Əl-Şəddadi şəhərində qanunsuz yerləşdirilən ABŞ hərbi bazasına naməlum şəxslər tərəfindən hücum olub.

Xatırladaq ki, son aylar mediada Suriyanın Əl-Haseke və Deyr əz-Zor əyalətlərində naməlum bölmələrin ABŞ hərbi qüvvələrinə hücumları barədə müntəzəm məlumatlar yayılır. Lakin Pentaqon bu xəbərləri təkzib edir.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Suriya  





Xəbər lenti