“Twitter” Trampın kampaniyasının hesabını blokladı

“Twitter” Trampın kampaniyasının hesabını blokladı
  06 Avqust 2020    Oxunub:2062
“Twitter” sosial şəbəkəsi ABŞ Prezidenti Donald Trampın rəsmi kampaniyasının hesabını müvəqqəti bloklayıb.
Azvision.az CNN-ə istinadən xəbər verir ki, buna səbəb koronavirusla bağlı doğru olmayan məlumatların yer aldığı videonun yayılmasıdır.

Daha əvvəl yeni növ koronavirus haqqında yalan məlumatların yayılması ilə mübarizə aparmaq və saxta məzmunu aradan qaldırmaq qərarına gələn "Facebook" bu videonu Trampın səhifəsindən silib.

Videoda Amerika liderinin “Fox News”a verdiyi müsahibədən bir hissə yer alır və burada uşaqların "COVID-19-a qarşı faktiki olaraq immuniteti var” ifadəsi işlədilib.

“Twitter” sözçüsü COVID-19-la bağlı dezinformasiyanın olduğu videonun sosial şəbəkənin qaydalarını pozduğunu söyləyib.

"Hesab sahibinin tvitini silmək lazımdır, bundan sonra yenidən mesaj göndərə bilər, - deyə açıqlamada bildirilib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Twitter  





Xəbər lenti