Azərbaycan Livana 1 milyon dollar yardım ayırdı

  05 Avqust 2020    Oxunub : 5354
 Azərbaycan Livana 1 milyon dollar yardım ayırdı
Azərbaycanın Baş Naziri Əli Əsədov Livan Respublikasına maliyyə yardımının göstərilməsi barədə sərəncam imzalayıb.
Azvision.az xəbər verir ki, sərəncama əsasən, baş vermiş faciənin nəticələrinin aradan qaldırılması üçün Livan Respublikasının humanitar yardıma ehtiyacını nəzərə alaraq, həmin ölkəyə maliyyə yardımının göstərilməsi məqsədilə Azərbaycan Respublikasının 2020-ci ilin dövlət büdcəsində nəzərdə tutulmuş ehtiyat fondundan Xarici İşlər Nazirliyinə 1 000 000 (bir milyon) ABŞ dollarının manat ekvivalenti məbləğində vəsait ayrılıb.

Maliyyə Nazirliyi ayrılan vəsaitin müəyyən olunmuş qaydada ödənilməsini təmin etməlidir.

Sərəncam imzalandığı gündən qüvvəyə minir.

Azvision.az

Teqlər: Livan   Yardım