Qəbələnin mərkəzi küçəsinə Polad Həşimovun adı verildi - FOTO

 Qəbələnin mərkəzi küçəsinə Polad Həşimovun adı verildi -  FOTO
  06 Avqust 2020    Oxunub:5667
Qəbələ rayonunun mərkəzi küçələrindən birinə şəhid general-mayor Polad Həşimovun adı verilib.
Azvision.az xəbər verir ki, üzərinə "Polad Həşimov" yazılan lövhələr küçəyə yerləşdirilib.

Qeyd edək ki, Prezident İlham Əliyev Polad Həşimovun xatirəsinin əbədiləşdirilməsi üçün Qəbələnin küçələrinin birinə onun adının verilməsi və digər müvafiq tədbirlər görülməsi barədə rayonun icra başçısı Səbuhi Abdullayevə tapşırıq verib.



Xatırladaq ki, general-mayor Polad Həşimov 1975-ci ildə Qəbələ rayonunun Vəndam kəndindən anadan olub. Sumqayıt şəhərində yaşayıb. P.Həşimov Aprel döyüşlərində göstərdiyi şücaətlərə görə təltif edilib.

Qəhrəman general Tovuz rayonu istiqamətində gedən döyüşlərdə şəhid olub. Bu il iyulun 15-də İkinci Fəxri xiyabanda dəfn olunub.

Azvision.az


Teqlər: Şəhid   General   Polad-Həşimov  





Xəbər lenti