DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan
Azvision.az -a verilən məlumata görə, bölmə əməkdaşları Xudat stansiyasının inzibati ərazisində xidmət aparan zaman karantin rejiminə əməl etməyərək fəaliyyət göstərən çayxana aşkarlayıblar. Polis əməkdaşları tərəfindən həmin obyektin fəaliyyəti dərhal dayandırılıb, sahibi Vaqif Canbaxışov və orada olan dörd müştəri barəsində qanuna müvafiq qaydada tədbir görülüb.
Azvision.az