Azərbaycan Livana maliyyə yardımı göstərəcək

   Azərbaycan Livana maliyyə yardımı göstərəcək
  05 Avqust 2020    Oxunub:3739
Azərbaycan Respublikası faciənin törətdiyi fəsadların aradan qaldırılması məqsədilə dost Livan Respublikasına maliyyə yardımı göstərəcək.
Azvision.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyevin Livan Prezidenti Mişel Auna ünvanladığı başsağlığı məktubunda bildirilib.

Qeyd edək ki, ötən gün Livanın paytaxtı Beyrut şəhərində baş vermiş güclü partlayış nəticəsində 100-dən çox insan ölüb, azı 4 min nəfər xəsarət alıb.

Azvision.az


Teqlər: Livan  





Xəbər lenti