Kino xadimlərinə pul mükafatları verildi

Kino xadimlərinə pul mükafatları verildi
  05 Avqust 2020    Oxunub:1849
Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının İdarə Heyəti 2 Avqust Milli Kino Günü ilə bağlı bir sıra kino xadimlərinə pul mükafatları təqdim edib.
Kinematoqrafçılar İttifaqının Mətbuat Xidmətindən Azvision.az -a bildirib ki, bu il 60 yaşları tamam olan əməkdar incəsənət xadimi Ayaz Salayev və kinorejissor Şamil Əliyevə yubileyləri münasibətiylə Milli Kino Günündə pul mükafatları təqdim edilib.

Bununla yanaşı ittifaqın rəsmisi bildirib ki, Milli Kino Günü ilə bağlı kino veteranları olan əməkdar incəsənət xadimi Leyla Səfərova, əməkdar mədəniyyət işçisi Rəfiqə Budaqlı, əməkdar mədəniyyət işçisi Şahin Qalabəyov, əməkdar mədəniyyət işçisi Akif Rüstəmov, kinorejissor Zamin Məmmədov və veteran Ədalət Yunusova da pul mükafatları təqdim edilib.

Respublikası Kinematoqrafçılar İttifaqın İdarə Heyətinin hər il təqdim etdiyi “Milli Kino” mükafatı isə pandemiya ilə bağlı olaraq sentyabr ayında açıqlanacaq.

Azvision.az



Teqlər: Kino  





Xəbər lenti