İlham Əliyev Livan Prezidentinə başsağlığı verdi

 İlham Əliyev Livan Prezidentinə başsağlığı verdi
  05 Avqust 2020    Oxunub:5104
Azərbaycan Prezidenti İlham Əliyev Livan Respublikasının Prezidenti Mişel Aunaya başsağlığı verib.
Azvision.az xəbər verir ki, başsağlığında deyilir:

"Hörmətli cənab Prezident,

Beyrut şəhərində baş vermiş dəhşətli partlayış nəticəsində çoxsaylı insan tələfatı və dağıntılarla bağlı xəbər məni olduqca kədərləndirdi.

Bu çətin anda Azərbaycan xalqının Livan xalqı ilə həmrəy olduğunu bildirirəm. Azərbaycan Respublikası faciənin törətdiyi fəsadların aradan qaldırılması məqsədilə dost Livan Respublikasına maliyyə yardımı göstərəcəkdir.

Sizə, həlak olanların ailələrinə və Livan xalqına dərin hüznlə başsağlığı verir, yaralananların tezliklə sağalmasını diləyirəm".

Azvision.az



Teqlər: Prezident   İlham-Əliyev   Livan  





Xəbər lenti