27 prokurorluq işçisi ilk dəfə prokuror vəzifəsinə təyin olunub

 27 prokurorluq işçisi ilk dəfə prokuror vəzifəsinə təyin olunub
  05 Avqust 2020    Oxunub:3154
2020-ci il may ayının 1-dən bugünədək 27 prokurorluq işçisi ilk dəfə prokuror vəzifəsinə təyin olunub.
Azvision.az xəbər verir ki, bunu Baş prokuror Kamran Əliyev avqustun 5-də videokonfrans rejimində prokurorluq orqanları tərəfindən 2020-ci ilin birinci yarımilində görülmüş işlərin vəziyyəti və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş geniş əməliyyat müşavirəsində məruzə ilə çıxışı zamanı bildirib.

Baş prokuror diqqətə çatdırıb ki, dövlətimiz tərəfindən həyata keçirilən gender bərabərliyi siyasətinin uğurlu davamı kimi prokurorluq orqanlarının kadr korpusunun 7 faizini təşkil edən qadın əməkdaşların 8 nəfəri qısa müddət ərzində rəhbər vəzifələrə - Baş Prokurorluğun idarə və şöbə rəisi, rayon prokuroru və rayon prokurorunun müavini vəzifələrinə təyin ediliblər.

Azvision.az


Teqlər: Baş-Prokurorluq  





Xəbər lenti