Firudin Nəbiyevin oğlu ilə bağlı xəbərlərə aydınlıq gətirildi

Firudin Nəbiyevin oğlu ilə bağlı xəbərlərə aydınlıq gətirildi
  05 Avqust 2020    Oxunub:4538
Baş Prokurorluq Firudin Nəbiyevin oğluna yüksək vəzifə verilməsi ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib.
Baş Prokurorluğun Mətbuat xidmətindən Azvision.az -a bildirilib ki, Nəbili Orxan Firudin oğlu 05.08.2016-cı il tarixdən Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Əməliyyat idarəsinin mühüm işlər üzrə əməliyyatçısı vəzifəsində çalışır.

Qeyd edək ki, bəzi KİV-də Baş prokuror Kamran Əliyevin guya mərhum generalın oğluna yüksək vəzifə verməsi ilə bağlı xəbərlər yayılmışdı.

Azvision.az


Teqlər: Baş-Prokurorluq  





Xəbər lenti