“Operativ Qərargahın üzvləri 6 aydır yatmır” - Komitə sədri

   “Operativ Qərargahın üzvləri 6 aydır yatmır” -    Komitə sədri
  05 Avqust 2020    Oxunub:4758
"Burada ümumi fikir söyləməyə ehtiyac yoxdur. Kim korrupsiya ilə məşğul olursa, konkret adı çəkilsin".

Azvision.az xəbər verir ki, bunu parlamentin bu gün keçirilən növbədənkənar iclasında YAP İcra katibinin müavini, Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov deyib.
Komitə sədri bildirib ki, ölkə başçısının rəhbərliyi ilə Azərbaycanda korrupsiyaya qarşı ciddi mübarizə aparılır: “Elə Razi Nurullayevin deputat olduğu rayonun icra başçısı korrupsiyaya görə həbs olunub”.

S.Novruzovun sözlərinə görə, Operativ Qərargahın üzvləri 6 aydır ki, yatmır: “Biz hamımız dövlətin, xalqın yanında olmalıyıq”.

Qeyd edək ki, deputat Razi Nurullayev Milli Məclisin bugünkü iclasında TƏBİB və Operativ Qərargahı sərt tənqid edib.

Anar Kəlbiyev
Azvision.az


Teqlər: Deputat  





Xəbər lenti