“Pakistan hər zaman Azərbaycanı dəstəkləyir” - Diplomat

  “Pakistan hər zaman Azərbaycanı dəstəkləyir” -   Diplomat
  05 Avqust 2020    Oxunub:4811
Azərbaycan Pakistanın mövqeyini yaxşı başa düşür. Çünki özü də işğaldan əziyyət çəkir.
Azvision.az xəbər verir ki, bunu Pakistanın Azərbaycandakı müvəqqəti işlər vəkili Naveed Anjun bu gün keçirdiyi brifinqdə deyib.

Onun sözlərinə görə, Kəşmir artıq 365 gündür ki, blokadadır. Səkkiz milyon kəşmirli öz evində həbsdədir. Ərazidəki bütün kommunikasiya vasitələri Hindistan qüvvələrinin nəzarəti altındadır.

Diplomat Kəşmir və Cammuda vəziyyətin ağır olduğunu, beynəlxalq ictimaiyyətin buna xüsusi diqqət etməli olduğunu deyib. O, həmçinin Pakistan tərəfinin Kəşmirin haqlı mövqeyini müdafiə etdiyini vurğulayıb.

Diplomat Pakistanın Dağlıq Qarabağ münaqişəsində hər zaman Azərbaycan xalqını və dövlətini dəstəklədiyini əlavə edib. Daha sonra Pakistan Prezidentinin və Baş nazirinin müraciətini səsləndirib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Pakistan   Diplomat  





Xəbər lenti