Həbsxanalarda mobil telefonlar tapılıb

Həbsxanalarda mobil telefonlar tapılıb
  22 Yanvar 2014    Oxunub:860
Bakıda həbsxanalarda mobil telefonlar aşkarlanaraq götürülüb.
Ədliyyə Nazirliyi Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən AzVision.az-a verilən məlumata görə, yanvarın 21-də Ədliyyə Nazirliyinin Penitensiar xidmət əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı İstintaq təcridxanasında saxlanılan Zaur Adil oğlu Abdullayevin kamerasına baxış keçirilib. Baxış zamanı onun çarpayısının üstündəki balışın altında gizlədilmiş 1 (bir) ədəd "Kenxida" markalı mobil telefon aparatı aşkar olunaraq götürülüb.
Zaur Abdullayev Cinayət Məcəlləsinin 126.3 (Qəsdən sağlamlığa ağır zərər vurma; əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə təqsirli bilinərək həbs edilib.

Digər əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı İstintaq təcridxanasında saxlanılan Vasif Vaqif oğlu Məmmədovun kamerasına baxış keçirilərkən, sanitar qovşağında işıqlandırıcı cihazın içində gizlədilmiş 1 (bir) ədəd "Nokia" markalı mobil telefon aparatı aşkar olunaraq götürülüb.

Vasif Məmmədov Cinayət Məcəlləsinin 179.3.2 və 66.5 maddələri ilə təqsirli bilinərək məhkum olunub və hal-hazırda Bakı Ağır Cinayətlər Məhkəməsinin hesabındadır.

Həmin gün daha bir əməliyyat-axtarış tədbirləri nəticəsində 1 saylı cəzaçəkmə müəssisəsində saxlanılan Şahin Abbas oğlu Qasımovun çarpayısının altında xüsusi üsulla düzəldilmiş yerdə gizlədilmiş, daxilində "Sim" danışıq kartı olan 1 (bir) ədəd "Nokia" markalı mobil telefon aparatı aşkar olunaraq götürülüb.

Şahin Qasımov Cinayət Məcəlləsinin 177.3.2 (Oğurluq; külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə təqsirli bilinərək məhkum olunub.

Hər üç fakt üzrə araşdırma aparılır.


Teqlər:  





Xəbər lenti