BMT-nin 48 əməkdaşı partlayışda yaralandı

BMT-nin 48 əməkdaşı partlayışda yaralandı
  05 Avqust 2020    Oxunub:2032
Beyrutda partlayış qurbanları arasında BMT-nin əməkdaşları da var.
Azvision.az xəbər verir ki, bu barədə Əl-Cəzirə telekanalına BMT rəsmisi Farhan Haq bildirib.

Onun sözlərinə görə, Livanın paytaxtında baş vermiş hadisə nəticəsində BMT-nin 48 əməkdaşı və onların ailələrinin 27 üzvü yaralanıb.

Xatırladaq ki, dünən axşam saatlarında Beyrutun liman bölgəsində güclü partlayış olub. Şəhərdəki binaların yarısına ziyan dəyib, xəstəxanalar yaralı insanlarla dolub. Partlayış zamanı azı 100 nəfər ölüb, 4 minə yaxın insan yaralanıb.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: Livan   partlayış  





Xəbər lenti