Elmar Vəliyev Gəncədə gənclər üçün mənzil tikdirir

Elmar Vəliyev Gəncədə gənclər üçün mənzil tikdirir
  22 Yanvar 2014    Oxunub:1082
Gəncədə gənclərin mənzil probleminin həlli istiqamətində yeni layihələr həyata keçiriləcək.
AzVision.az-ın məlumatına görə, bu sözləri Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev “Gəncə - Avropanın Gənclər Paytaxtı - 2016” layihəsi çərçivəsində keçirilən təqdimat mərasimində deyib.

Onun sözlərinə görə, Gəncədə bu il iki və üç mərtəbəli yeni yaşayış binalarının inşası nəzərdə tutulub. Bu mənzillər uzun müddətli kreditlə gənclərə veriləcək.


Teqlər:





Xəbər lenti