Britaniyada 670 yeni yoluxma faktı qeydə alındı

Britaniyada 670 yeni yoluxma faktı qeydə alındı
  05 Avqust 2020    Oxunub:3003
Böyük Britaniyada son sutka ərzində koronavirusa (COVID-19) 670 yeni yoluxma faktı qeydə alınıb, 89 nəfər infeksiyadan vəfat edib.
Azvision.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilir ki, Britaniyada koronavirusa yoluxanların ümumi sayı 306 min 293, xəstəlikdən ölənlərin sayı isə 46 min 299 nəfərə çatıb.

Son günlər ölkədə yoluxma hallarında artım müşahidə edilir.

Azvision.az


Teqlər: Britaniya   Koronavirus  





Xəbər lenti