Livanda ölənlərin və yaralıların sayı yenidən artdı - VİDEO (YENİLƏNİB)

Livanda ölənlərin və yaralıların sayı yenidən artdı -  VİDEO (YENİLƏNİB)
  05 Avqust 2020    Oxunub:20743
Livanın paytaxtı Beyrutda baş vermiş güclü partlayış nəticəsində ölənlərin sayı 70 nəfərə çatıb, 3700-dən çox insan yaralanıb.
Azvision.az xarici KİV-ə istinadən xəbər verir ki, yaralıların bəziləri ağır vəziyyətdədir.

Hazırda ərazidə xilasetmə işləri aparılır.

***
Beyrutda baş vermiş güclü partlayış nəticəsində ölənlərin sayı artaraq 50 nəfəri keçib.

Azvision.az xarici KİV-ə istinadən xəbər verir ki, hazırda yaralıların sayı 2700-dən çoxdur.

***
Livanın Səhiyyə naziri Hamad Hassan azı 40 nəfərin öldüyünü, 2500 nəfərin isə yaralandığını açıqlayıb. Ölənlər arasında tibb işçiləri və həkimlər də var. Ölü və yaralı sayının artacağını istisna edilmir.

Qeyd edək ki, partlayışın terror aktı olduğu bildirilir.



***
Livanın paytaxtı Beyrutda baş vermiş güclü partlayış nəticəsində 12 nəfər həlak olub, yüzlərlə insan yaralanıb.

Azvision.az xəbər verir ki, bu barədə TASS agentliyi məlumat yayıb.

Hadisə zamanı ölənlərdən biri Kataib partiyasının lideridir. Partlayışa görə ölkədə matəm elan olunub. Livan Prezidenti Mişel Naim Aun Təhlükəsizlik Şurasının təcili iclasını çağırıb.




***
(21:06)

Livanın paytaxtı Beyrutda güclü partlayış baş verib.

Azvision.az xarici KİV-ə istinadən xəbər verir ki, partlayış nəticəsində azı 10 nəfər ölüb, xeyli sayda insan yaralanıb. Yaralıların sayının 100-dən çox olduğu deyilir.



CNN-nin yaydığı məlumata görə, hadisə sabiq Baş Nazir Saad əl-Həririnin evinin yaxınlığında baş verib. Nəticədə keçmiş Baş Nazirin evinə və digər mənzillərə ciddi ziyan dəyib.

Ölkənin rəsmi informasiya agentliyi olan LANA isə Beyrut limanında partlayıcı maddələrin saxlanıldığı anbarda yanğın olması barədə xəbər yayıb.

Partlayışın təfərrüatları məlum deyil. Xarici KİV-lərdə müxtəlif informasiyalar yer alıb.

Azvision.az


Teqlər: Beyrut   Partlayış  





Xəbər lenti