“Ermənilərə müraciət etməklə ürəyimi boşaltdım” - Ayaz Salayev
Bunu Azvision.az -a tanınmış rejissor, kinoşünas Ayaz Salayev ermənilərə ünvanladığı müraciət barədə danışarkən deyib. Onun sözlərinə görə, müraciətə qarşı tərəfdən müxtəlif reaksiyalar gəlib.
Məni tək indi deyil, hər zaman Qərbi Azərbaycanda, Qarabağda baş verənlər düşündürüb. Mənə cəbhədə vəziyyətin gərginləşməsi lazım deyil. Bizi 1988-ci ildə Qərbi Azərbaycandan deportasiya ediblər. 80-ci illərin axırından bu məsələ məni narahat edir. "Qarabağ" adlı layihəm var. Tammetrajlı xatirələr əsasında sənədli film çəkmişəm. Pandemiyanın sonunu gözləyirəm ki, premyerasını edim.
Mən videomüraciətimdə göstərdim ki, ermənilər nələri itirdilər. Erməni yazıçı Qrant Matevosyan, kinorejissor Sergey Paradjanov Azərbaycanda çox sevilirdilər. Qrant Matevosyan Qarabağ məsələsi qalxanda Azərbaycana gəlib, bizim dildə “ Aşıq Qərib” nağılını çəkib. Amma artıq belə adamlar olmayacaq. Erməni milləti mənəvi deqradasiyaya uğrayıb”, - deyə Ayaz Salayev vurğulayıb.
Şahanə Rəhimli
Azvision.az
Teqlər: AyazSalayev