Belarus səfiri Rusiya XİN-ə çağırıldı

Belarus səfiri Rusiya XİN-ə çağırıldı
  04 Avqust 2020    Oxunub:3370
Belarusun Rusiyadakı səfiri Vladimir Semaşko bu ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb.
Azvision.az xəbər verir ki, bu barədə Rusiya XİN məlumat yayıb.

Rusiya Xarici işlər nazirinin müavini Andrey Rudenko Belarus səfiri ilə ikitərəfli münasibətləri və Minskdə saxlanılan rusların vəziyyətini müzakirə edib.

Xatırladaq ki, bir neçə gün əvvəl Belarusun paytaxtı Minskdə Rusiyanın “Vaqner” özəl hərbi şirkətinin 30-dan çox əməkdaşı saxlanılıb və onlara cinayət işi açılıb. Saxlanılan şəxslər kütləvi iğtişaşlar törətməyi planlaşdırmaqda günahlandırılır.

Azvision.az


Teqlər: Rusiya   XİN   Belarus  





Xəbər lenti