Britaniyada koronavirusa yoluxma halı yenidən artdı

  03 Avqust 2020    Oxunub : 3417
Britaniyada koronavirusa yoluxma halı yenidən artdı
Böyük Britaniyada son sutka ərzində koronavirusa (COVID-19) 928 yeni yoluxma faktı qeydə alınıb, 9 nəfər vəfat edib.
Azvision.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilir ki, Britaniyada koronavirusa yoluxanların ümumi sayı 305 min 623, xəstəlikdən ölənlərin sayı isə 46 min 210 nəfərə çatıb.

Son günlər Britaniyada yoluxma hallarında yenidən artım müşahidə edilir.

Azvision.az

Teqlər: Koronavirus   Britaniya