Reanimasiyada olan koronavirus xəstələrinin sayı azaldı
Bildirilib ki, son sutkada koronavirusa görə 5874 test aparılıb. İndiyə kimi həyata keçirilən testlərin sayı 744 min 837-yə çatıb.
Reanimasiyada olan xəstə sayı 259, süni tənəffüs cihazında olan xəstə sayı 62 nəfərdir.
Hazırkı dövrədək ölkəmizdə 32 min 684 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 27 min 760 nəfər müalicə olunaraq sağalıb, 468 nəfər vəfat edib. Aktiv xəstə sayı 4456 nəfərdir.
Azvision.az
Teqlər: TƏBİB Koronavirus Pandemiya