Yaqut Qarayeva: “Plazmalara böyük ehtiyac var”

  03 Avqust 2020    Oxunub : 3052
      Yaqut Qarayeva:    “Plazmalara böyük ehtiyac var”
Xəstəlikdən sağalmış insanların plazmasından müalicədə istifadə davam edir. Burada tibbi göstərişlər və əks göstərişlər var. Hər sağalmış xəstənin qanı istifadə edilmir.
Azvision.az xəbər verir ki, bunu TƏBİB-in şöbə müdiri Yaqut Qarayeva Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində deyib. Onun sözlərinə görə, burada tibbi cəhətlər var.

“Həmçinin bu, könüllü prosesdir. Hər bir sağalan vətəndaş müraciət etsə, diqqətlə yanaşılacaq və könüllü donor olanların bazası yaradılsa, həmin donorlar cəlb olunacaq. Proses davam edir. Plazmalara xəstələrin sağlamasında böyük ehtiyac var”.

Azvision.az

Teqlər: YaqutQarayeva