Çarter reysləri dayandırıldı

   Çarter reysləri dayandırıldı
  03 Avqust 2020    Oxunub:6457
Xaricdə olan vətəndaşların ölkəyə gəlməsi üçün xüsusi məsələ yoxdur. Çarter reysləri dayandırılıb. Çünki İstanbuldan AZAL və Türk Hava Yolları ilə vətəndaşlarımız ölkəyə gəlir.
Azvision.az xəbər verir ki, bunu Prezidentin köməkçisi, Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Nazirlər Kabineti yanında Operativ Qərargahın iclasında deyib.

Onun sözlərinə görə, quru sərhədləri ilə Gürcüstan və Rusiya istiqamətindən qrafik əsasında vətəndaşların ölkəyə gətirilməsi davam etdirilir.

Azvision.az


Teqlər: OperativQərargah   virus  





Xəbər lenti