Rayonlara gediş-gəlişlə bağlı qərar verildi

   Rayonlara gediş-gəlişlə bağlı qərar verildi
  03 Avqust 2020    Oxunub:14273
Xüsusi təyinatlı, o cümlədən təcili tibbi yardım, qəza-bərpa, xilasedici, habelə yük daşıyan avtomobillərin hərəkəti istisna olmaqla, sərtləşdirilmiş xüsusi karantin rejiminin tətbiq olunduğu şəhər və rayonlara giriş-çıxış və ölkənin digər şəhər və rayonlarından yerustü və hava nəqliyyatı ilə sərnişin daşımaların dayandırılması (Naxçıvan Muxtar Respublikası istisna olmaqla) qüvvədə qalır.
Azvision.az xəbər verir ki, bu barədə Nazirlər kabineti yanında Operativ Qərargah qərar qəbul edib.

Qeyd edək ki, 31 avqust saat 00:00-dək Bakı, Cəlilabad, Gəncə, Masallı, Mingəçevir, Sumqayıt, Yevlax şəhərləri və Abşeron, Bərdə, Goranboy, Göygöl, Xaçmaz, Salyan rayonlarında sərtləşdirilmiş xüsusi karantin rejimi tətbiq olunacaq.

Azvision.az


Teqlər: Rayon   Gediş   Qərargah  





Xəbər lenti