Parlament sədrləri telefonla danışdılar

Parlament sədrləri telefonla danışdılar
  03 Avqust 2020    Oxunub:3478
Milli Məclisinin Sədri Sahibə Qafarova ilə Türkiyə Böyük Millət Məclisinin Sədri Mustafa Şentop arasında telefon danışığı olub.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Azvision.az -a verilən məlumata görə, TBMM Sədrinin təşəbbüsü ilə baş tutan telefon danışığında qardaş ölkənin Spikeri Milli Məclis Sədrini, bütün millət vəkillərini və bütövlükdə Azərbaycan xalqını müqəddəs Qurban bayramını təbrik etmiş, ölkəmizə sülh və əmin-amanlıq arzulayıb. Milli Məclis Sədri bu xoş niyyət və diqqəti üçün türkiyəli həmkarına təşəkkürünü ifadə edib, öz növbəsində Mustafa Şentopun, TBMM-nin bütün üzvlərinin və qardaş Türk xalqının Qurban bayramını təbrik edib.

Azvision.az


Teqlər: Milli-Məclis   Sədr   Sahibə-Qafarova  





Xəbər lenti