Keçmiş Roma Papası ağır xəstəliyə tutuldu

Keçmiş Roma Papası ağır xəstəliyə tutuldu
  03 Avqust 2020    Oxunub:3573
Keçmiş Roma Papası XVI Benedikt iyun ayında Almaniyaya səfər etdikdən sonra ağır xəstəliyə tutulub.
Azvision.az xəbər verir ki, bu barədə "Passauer Neue Presse" nəşri məlumat yayıb.

Həkimlər ona qızıl yel xəstəliyi diaqnozu qoyublar. Romaya qayıtdıqdan sonra 93 yaşlı XVI Benedikt xəstə yatağına düşüb. Xəstəlik şiddətli ağrı ilə müşayiət olunur.

Qeyd edək ki, XVI Benedikt iyun ayında Almaniyaya böyük qardaşı, 96 yaşlı keşiş Georq Ratsinqeri ziyarətə gedib. Onun qardaşı daha sonra vəfat edib.

Şahanə Rəhimli
Azvision.az



Teqlər: XVIBenedikt  





Xəbər lenti