Ermənilər MN-in adına saxta “Twitter” hesabı açıb

  03 Avqust 2020    Oxunub : 3794
 Ermənilər MN-in adına saxta “Twitter” hesabı açıb
Ermənistan tərəfindən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin adına saxta "twitter" hesabı açılıb.
Bu barədə Azvision.az -a Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

"Vətəndaşları, sosial şəbəkə istifadəçilərini və KİV nümayəndələrini həmin profilə istinad etməməyə və bu https://twitter.com/Mod saxta hesabın bağlanılması üçün şikayət etməyə çağırırıq. Bildiririk ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin rəsmi "twitter" hesabı bu linkdədir: https://twitter.com/wwwmodgovaz ", - deyə nazirlikdən bildirilib.

Azvision.az

Teqlər: Müdafiə-Nazirliyi