Livanın XİN rəhbəri istefa verdi

  03 Avqust 2020    Oxunub : 3347
Livanın XİN rəhbəri istefa verdi
Livanın Xarici İşlər naziri Nasif Hitti istefa verib.
Azvision.az xəbər verir ki, bu barədə “Al Mayadeen” telekanalı məlumat yayıb.

Bildirilib ki, istefa məktubu ölkənin Baş Naziri Hasan Diaba göndərilib.

Xarici İşlər nazirini vəzifəsindən getməyə sövq edən səbəblər daha sonra onun özü tərəfindən açıqlanacaq.

Hitti bundan əvvəl bir sıra məsələlərdə hökumətin mövqeyinə etiraz edərək istefa vermək niyyətində olduğunu söyləyib.

Pərvanə Sultanova
Azvision.az

Teqlər: XİN   İstefa   Nazir