“Bütün həyatım Azərbaycanla bağlıdır” - Rusiyalı professor

 “Bütün həyatım Azərbaycanla bağlıdır” -  Rusiyalı professor
  03 Avqust 2020    Oxunub:25795
“Bilirəm ki, hazırda Azərbaycan-Ermənistan sərhədində vəziyyət gərgindir. Mən elm adamıyam, siyasət məndən çox uzaqdır. Mənim mövqeyim bütün dünyada sülhün olmasıdır”.

Azvision.az xəbər verir ki, bunu “Moskva-Bakı” portalına açıqlamasında biologiya elmləri doktoru, Moskva Dövlət Universitetinin coğrafiya fakültəsinin professoru Nikolay Drozdov deyib.
Professor Azərbaycanla onu uzun illərin dostluq münasibəti bağladığını vurğulayıb.

“Azərbaycanda sülhün bərqərar olmasını, qürurlu Azərbaycan xalqının bu acının öhdəsindən gəlməsini arzulayıram. Əvvəllər mən hər il Azərbaycana səfər edirdim, tələbə kimi universitetdə təcrübə keçirdim, sonra elmi səfərlərdə, veriliş çəkilişlərində olurdum.

Uzun illər Qara Mustafayevlə dostluq etmişəm, ona hətta "Bakının Drozdovu" deyirdilər. O, Azərbaycan televiziyasında təbiət verilişi aparırdı. Onunla dost idik, amma təəssüf ki, 90-cı illərdə əlaqə kəsildi.

Mən Heydər Əliyev və onun böyük qardaşı, azərbaycanlı alim Həsən Əliyevlə də tanış idim. Hətta onunla bir veriliş də etdim. Çox maraqlı insan idi. Bütün həyatım Azərbaycanla bağlıdır və sevimli ölkəmin belə bir dərdlə üzləşməsi məni kədərləndirir", - deyə Drozdov əlavə edib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Azərbaycan   Rusiya   Professor  





Xəbər lenti