Ermənistanda 762 nəfər koronavirusdan öldü

  03 Avqust 2020    Oxunub : 2161
Ermənistanda 762 nəfər koronavirusdan öldü
Ermənistanda son sutka ərzində 52 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.
Azvision.az “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, ölkədə koronavirusa yoluxanların ümumi sayı 39 102 nəfərə çatıb.

Son sutkada 8 xəstə ölüb və virusa yoluxma nəticəsində ölənlərin sayı 762 nəfər olub.

İndiyədək 29 861 xəstə sağalıb. Koronavirus aşkar edilmiş, lakin digər xəstəlikdən ölənlər isə 228 nəfərdir.

Pərvanə Sultanova
Azvision.az

Teqlər: Koronavirus