Tofiq Yaqublunun ailəsi avtomobil qəzasına düşdü

Tofiq Yaqublunun ailəsi avtomobil qəzasına düşdü
  22 Yanvar 2014    Oxunub:966
Bu gün İsa Qəmbərin müavini Tofiq Yaqublunun ailəsi Şəki məhkəməsindən geri - Bakıya dönərkən avtomobil qəzasına düşüb.

AzVision.az xəbər verir ki, hadisə yerində olan AzadlıqRadiosunun müxbirinin verdiyi məlumata görə, qəza İsmayıllı rayon mərkəzinin 5 kilometrliyində, Xanagah kəndi ərazisində baş verib:

«Duman olduğundan sürücü idarəetməni itirib və maşını yol kənarındakı ağaca çırpıb».

Tofiq Yaqublunun həyat yoldaşı Maya Yaqublu ilə sürücü Çingiz Əli İsmayıllı rayon xəstəxanasına yerləşdirilib.

Vəkil Xalid Bağırov isə burnundan yüngül yaralanıb.

Qeyd edək ki, yanvarın 21-də Şəkidə İsmayıllı hadisələri zamanı həbs olunanların növbəti məhkəməsi keçirilib. Tofiq Yaqublu ötən il yanvarın 23 və 24-də İsmayıllıda baş verən aksiyalar zamanı ictimai qaydanı pozmaqda və vətəndaşları iğtişaşlara təhrik etməkdə təqsirləndirilir.


Teqlər:





Xəbər lenti