Güclü daşqınlar 6 nəfərin həyatına son qoydu

Güclü daşqınlar 6 nəfərin həyatına son qoydu
  03 Avqust 2020    Oxunub:2491
Cənubi Koreyada güclü yağışlar nəticəsində yaranan daşqın və torpaq sürüşməsi 6 nəfərin ölümünə səbəb olub, 8 nəfər itkin düşüb.
Azvision.az xəbər verir ki, bu barədə təbii fəlakətlər, fövqəladə hallar və fəlakətlərlə mübarizə üzrə mərkəzi qərargahdan bildirilib.

Kyonqido və Çhunçhon əyalətlərində çayın daşması nəticəsində üç nəfər ölüb, daha üç nəfər isə torpaq sürüşməsinin qurbanı olub.

Seul administrasiyasının əmri ilə sel təhlükəsi ilə bağlı bir sıra magistral yolda və körpülərdə nəqliyyatın hərəkəti dayandırılıb. Digər bölgələrdə də oxşar məhdudiyyətlər tətbiq olunub.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: CənubiKoreya   daşqın  





Xəbər lenti