Ədliyyə nazirinin qəbuluna qeydiyyatdan keç

  21 Yanvar 2014    Oxunub : 678
Ədliyyə nazirinin qəbuluna qeydiyyatdan keç
Ədliyyə naziri Qəbələ şəhərində vətəndaşları qəbul edəcək.
Xəbər verildiyi kimi, Azərbaycan Respublikasının ədliyyə naziri Fikrət Məmmədov Qəbələ şəhərində Oğuz, İsmayıllıQəbələ rayonlarından olan vətəndaşları qəbul edəcək.

Ədliyyə Nazirliyinin mətbuat xidmətindən AzVision.az-a bildiriblər ki, qəbul yanvarın 24-də saat 12.00-dan etibarən Qəbələ Mədəniyyət Mərkəzində (ünvan: Qəbələ şəhəri, 28 May küçəsi, 40) keçiriləcək.

Vətəndaşlar qəbula Şəki Regional Ədliyyə Şöbəsinin (telefonu: (02424) 4-34-48; 4-43-47), habelə Ədliyyə Nazirliyinin (012) 510-10-01 (əlavə 2104), 055-925-37-41, (055) 634-85-15, (055) 652-07-07 nömrəli telefonları və [email protected] elektron poçt ünvanı vasitəsilə, eləcə də Qəbələ Mədəniyyət Mərkəzində yazıla bilərlər.

Eyni zamanda, vətəndaşların rahatlığı üçün ədliyyə nazirinin həmin gün keçiriləcək qəbuluna elektron qaydada birbaşa yazılmaq imkanı yaradılmışdır. Bu məqsədlə Ədliyyə Nazirliyinin elektron xidmətlər portalına (www.exidmet.justice.gov.az) müraciət olunmalıdır.

Teqlər: