İranda terror təşkilatının rəhbəri tutuldu

İranda terror təşkilatının rəhbəri tutuldu
  01 Avqust 2020    Oxunub:4853
İranda terror aktları törədən “Tondar” təşkilatının rəhbəri Cəmşid Şarmahd saxlanılıb.
Azvision.az xəbər verir ki, bu barədə İranın Təhlükəsizlik Nazirliyi açıqlama yayıb.

Bildirilib ki, C.Şarmahd 2008-ci ilin Məhərrəm ayında Şirazda matəm mərasimi zamanı 14 nəfərin ölü və 215 nəfərin yaralanması ilə nəticələnən terror aktı törədib.

O, həmçinin İmam Xomeyninin mavzoleyini partlatmağa və Tehranda keçirilən beynəlxalq kitab sərgisində terror aktı həyata keçirməyə cəhd edib, lakin planı alınmayıb.

Azvision.az


Teqlər: İran   Terror  





Xəbər lenti