Braziliyada koronavirus fəlakəti - Ölü sayı 92 mindən çoxdur

Braziliyada koronavirus fəlakəti -  Ölü sayı 92 mindən çoxdur
  01 Avqust 2020    Oxunub:4724
Braziliyada son sutka ərzində 1212 nəfər koronavirusun qurbanı olub.
Azvision.az xəbər verir ki, bu barədə Braziliya Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, ölkədə indiyədək 92 min 475 nəfər virusdan ölüb. İnfeksiyaya yoluxanların sayı 52 min 383 nəfər artaraq 2 milyon 662 min 485-ə çatıb, 1 milyon 844 min 51 xəstə sağalıb.

Qeyd edək ki, Braziliya koronavirusa yoluxma sayına görə dünyada ABŞ-dan sonra ikinci yerdədir.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: Brazilya   virus  





Xəbər lenti