Ərəb dünyasında ilk atom stansiyası istifadəyə verildi

Ərəb dünyasında ilk atom stansiyası istifadəyə verildi
  01 Avqust 2020    Oxunub:6545
Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Baş Naziri və Dubay hökmdarı Məhəmməd bin Rəşid Əl Maktum ərəb dünyasında ilk "Barakah" atom elektrik stansiyasının istifadəyə verildiyini elan edib.
Azvision.az xəbər verir ki, bu barədə BƏƏ-nin Baş Naziri "Twitter” hesabında yazıb.

“Bu gün biz BƏƏ-nin ərəb dünyasında ilk “Barakah” dinc nüvə reaktorunun Abu Dabidə istifadəyə verilməsini uğurla elan edirik. Mütəxəssislər nüvə yanacağı yükləməyi, hərtərəfli sınaqlar keçirməyi və işəsalma əməliyyatını uğurla başa çatdırmağı bacardılar ".

Qeyd edək ki, “Barakak” atom elektrik stansiyası ümumi gücü 5,6 meqavat olan dörd enerji blokundan ibarət olacaq.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Barakah  





Xəbər lenti