Ermənistanda koronavirusdan ölüm sayı 750-yə çatdı

Ermənistanda koronavirusdan ölüm sayı 750-yə çatdı
  01 Avqust 2020    Oxunub:3668
Ermənistanda son sutka ərzində daha 291 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.
Azvision.az “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, ölkədə koronavirusa yoluxanların ümumi sayı 38 min 841 nəfərə çatıb.

Son sutkada 11 xəstə ölüb və virusa yoluxma nəticəsində ölənlərin sayı 749 nəfər olub.

İndiyədək 29 557 xəstə sağalıb. Ermənistanda koronavirus aşkar edilmiş, lakin digər xəstəlikdən ölənlər 228 nəfərdir.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Ermənistan  





Xəbər lenti