Rusiyadan Türkiyəyə uçuşlar başladı

Rusiyadan Türkiyəyə uçuşlar başladı
  01 Avqust 2020    Oxunub:5306
Rusiya bu gündən etibarən bir sıra ölkələrlə beynəlxalq uçuşları bərpa edib.
Azvision.az “RİA Novosti”yə istinadən xəbər verir ki, artıq Böyük Britaniya, Türkiyə və Tanzaniya ilə uçuşlara başlanılıb.

Xatırladaq ki, koronavirus pandemiyası ilə əlaqədar martın 27-dən Rusiya bütün müntəzəm və çarter reyslərini təxirə salmışdı. Yalnız digər ölkələrdə qalan vətəndaşların gətirilməsi üçün uçuşlar həyata keçirilib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Rusiya  





Xəbər lenti