Gizli yolla Həccə gedən 25 nəfər saxlanıldı

Gizli yolla Həccə gedən 25 nəfər saxlanıldı
  31 İyul 2020    Oxunub:3579
Səudiyyə Ərəbistanında polis əməkdaşları gizli yolla Həcc ziyarətinə getmək istəyən 25 nəfəri saxlayb.
Azvision.az "Habertürk"ə istinadən xəbər verir ki, həmin şəxslər qaçaq yolla Ərəfata gələrkən tutulublar.

Səudiyyə Ərəbistanı Daxili İşlər Nazirliyinin sözçüsü Talal Al- Şalhoub bildirib ki, icazəsiz Ərəfata giriş qadağandır.

Qeyd edək ki, bu il Həcc ziyarəti koronavirus pandemiyası ilə əlaqədar məhdud sayda təşkil olunub.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: Həcc  





Xəbər lenti