Rusiya hərbçiləri Ermənistanda təlimlərə başlayıb

Rusiya hərbçiləri Ermənistanda təlimlərə başlayıb
  31 İyul 2020    Oxunub:2933
Rusiyanın 4 mindən çox hərbçisi Ermənistan, Rostov və Volqoqrad bölgələrində batalyon taktiki təlimlərinə başlayıb.
Azvision.az xəbər verir ki, bu barədə Cənub Hərbi Dairəsinin mətbuat xidməti məlumat yayıb.

Qeyd olunur ki, kəşfiyyat-yanğın komplekslərinin tərkibində yerləşən tank bölmələri dağlıq ərazi qatlarının arxasındakı 4 min metrədək məsafədə yerləşən hədəflərə atəş açıb.

Daha əvvəl, Şimali və Cənubi Qafqazın 5 bölgəsində 5 mindən çox hərbçinin və 800-ə yaxın silah, eləcə də hərbi texnikanın cəlb olunduğu batalyon taktiki təlimlərinin sinxron şəkildə keçirildiyi bildirilirdi.

Məlumatda vurğulanıb ki, bu, qoşunların "Qafqaz-2020" strateji komanda-qərargah təlimlərinə daha yaxşı hazırlaşmasına və Cənub Hərbi Dairəsinin qüvvə və vasitələrini xarici hərbi təhdidlərə dərhal və effektiv cavab verməyə hazır vəziyyətə gətirməsinə imkan verəcək.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Rusiya   Hərbi   Təlim  





Xəbər lenti