AŞPA nümayəndələri Baş Prokurorluqda

AŞPA nümayəndələri Baş Prokurorluqda
  21 Yanvar 2014    Oxunub:797
Yanvarın 21-də Baş prokuror Zakir Qaralov ölkəmizdə səfərdə olan Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Monitorinq Komitəsinin həmməruzəçiləri Pedro Aqramunt de Mora və Jozef Debono Qrex ilə görüşüb.

Baş Prokurorluğun mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, Azərbaycan Respublikası ilə Avropa Şurası arasında səmərəli əməkdaşlığın qeyd olunduğu görüşdə ölkəmizin AŞ qarşısında götürdüyü öhdəliklərin icrası vəziyyəti müzakirə olunub, məhkəmə-hüquq islahatları çərçivəsində prokurorluğun fəaliyyəti üçün zəruri normativ-hüquqi bazanın yaradılması, prokurorluq orqanlarında köklü islahatların aparılması, o cümlədən müasir informasiya texnologiyalarının geniş tətbiqi və prokurorluğun kadr korpusunun gənc mütəxəssislər hesabına komplektləşdirilməsi, vətəndaşların hüquq və azadlıqlarının təmin edilməsi istiqamətində zəruri tədbirlərin görülməsi və digər maraq kəsb edən məsələlər ətrafında faydalı fikir mübadiləsi aparılıb.

Həmməruzəçilər ölkəmizdə gedən demokratik prosesləri diqqətlə izlədiklərini, ötən prezident seçkilərinin azad, ədalətli və şəffaf keçirildiyini bildirərək Azərbaycan Prokurorluğu ilə səmərəli qarşılıqlı fəaliyyətə görə minnətdarlıqlarını ifadə ediblər.




Teqlər:





Xəbər lenti