Paşinyan erməni diasporunun məğlubiyyətini etiraf edir

Paşinyan erməni diasporunun məğlubiyyətini etiraf edir
  31 İyul 2020    Oxunub:10020
Ermənistanın baş nazir Nikol Paşinyan bir gün əvvəl Diasporla İş üzrə Komissarlığın 10-dan çox şöbə rəhbərini işdən çıxarıb.
Azvision.az xəbər verir ki, "Past” nəşri bunun səbəblərinə aydınlıq gətirib.

Məlumata əsasən, Paşinyan qurumun səmərəsiz fəaliyyəti ilə əlaqədar belə addım atıb.

“Xüsusilə Diasporla İş üzrə Komissarlıq Ermənistan-Azərbaycan qarşıdurmaları günlərində, böyük erməni diasporlarının olduğu ölkələrdə kifayət qədər passivlik nümayiş etdirib.
Qurumun rəhbəri Zare Sinanyanın özü isə sanki yerin altına girmişdi", - deyə nəşr yazıb.

Hökumətdəki mənbəyə görə, Paşinyan bu yaxınlarda Sinanyan ilə olduqca sərt söhbət aparıb, diaspor siyasətini tamamilə uğursuz vəziyyətə saldığı üçün onun fəaliyyətini tənqid edib. Bildirilib ki, hazırda Ermənistan-diaspor münasibətlərində olduqca kövrək vəziyyət yaranıb.

Söhbətin sonunda Paşinyan komissara tapşırıb ki, diasporun müxtəlif dairələrində əhval-ruhiyyəni anlasın və vəziyyətin bütün təfərrüatları barədə şəxsən ona məlumat versin.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Paşinyan   Diaspor  





Xəbər lenti