Mehriban Əliyeva Azərbaycan xalqını təbrik edib

 Mehriban Əliyeva Azərbaycan xalqını təbrik edib
  31 İyul 2020    Oxunub:3474
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib.
Azvision.az xəbər verir ki, Birinci vitse-prezident Mehriban Əliyevanın rəsmi "İnstagram" səhifəsində edilən paylaşımda deyilir:

"Əziz həmvətənlərim!

Mübarək Qurban bayramı münasibətilə sizə səmimi təbriklərimi və ən xoş arzularımı yetirirəm! Bu əziz bayram günlərində bütün xeyirxah dua və niyyətlərinizlə həmrəy olduğumu bildirir, hər birinizə möhkəm cansağlığı, tükənməz sevgi, sevincli günlər və xoşbəxt gələcək arzulayıram!”.



Azvision.az


Teqlər: Mheriban-Əliyeva   irinci-vitse-prezident  





Xəbər lenti