Prezident Mərakeş Kralını təbrik etdi

   Prezident Mərakeş Kralını təbrik etdi
  30 İyul 2020    Oxunub:2482
Prezident İlham Əliyev Mərakeşin Kralı Əlahəzrət VI Məhəmmədə təbrik məktubu ünvanlayıb.
Azvision.az xəbər verir ki, təbrikdə deyilir: “Əlahəzrət,

Əziz qardaşım,

Ölkənizin milli bayramı münasibətilə Sizə və qardaş Mərakeş xalqına öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı yetirirəm.

Azərbaycan və Mərakeş arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin bugünkü səviyyəsi məmnunluq doğurur. Əminəm ki, bu əlaqələr həm ikitərəfli əsasda, həm də beynəlxalq təsisatlar, xüsusən də İslam Əməkdaşlıq Təşkilatı və Qoşulmama Hərəkatı çərçivəsində birgə səylərimizlə bundan sonra da müvəffəqiyyətlə davam edəcəkdir.

Belə bir xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, xalqınıza daim əmin-amanlıq və firavanlıq diləyirəm”.

Azvision.az



Teqlər: Prezident   İlham-Əliyev  





Xəbər lenti